Yardım mərkəzi
Alıcı, satıcı, hesab və təhlükəsizlik üzrə ən çox verilən suallar.
Son yenilənmə: 06.09.2026
Alıcı
Necə sifariş verim? İbay.az-da səbət yoxdur. Satıcının nömrəsini açıb onunla birbaşa danışırsan.
Çatdırılma nə qədərdir? Bunu hər mağaza özü müəyyən edir — elan səhifəsində mağazanın öz şərtləri onun adı ilə göstərilir.
Kredit və ya zəmanət varmı? İbay.az kredit və zəmanət vermir. Bəzi mağazalar öz şərtləri ilə təklif edir — elandakı «Satıcının şərtləri» blokuna bax və satıcıdan dəqiqləşdir.
Məhsul uyğun gəlməsə? Qaytarma şərtlərini satıcı təyin edir. Sifarişdən əvvəl WhatsApp-da yazılı soruş.
Satıcı
Elan neçə gün qalır? Təsdiqdən sonra 30 gün. Müddət bitəndə paneldən yenidən aktivləşdirə bilərsən.
Elanı necə yuxarı qaldırım? Paneldəki pulsuz «Yuxarı qaldır» düyməsi ilə və ya elanı ödənişli irəli çəkməklə (Premium və ya Önə çəkilmiş paket, 24 saat).
Hesab
Nömrəmi dəyişə bilərəm? Nömrə hesabının identifikatorudur və paneldə dəyişdirilmir. Dəyişmək üçün dəstəyə yaz (destek@ibay.az) — yeni nömrəni kodla təsdiqləyəcəksən.
Hesabımı silmək istəyirəm. Panelin «Təhlükəsizlik» bölməsindən müraciət et.
Təhlükəsizlik
Fırıldaqla üzləşdim. Elanı şikayət et və polisə müraciət et. İbay.az hesabı bloklaya bilər, amma ödənişi geri qaytara bilmir.
Kimsə İbay.az adından pul istəyir. Biz heç vaxt alıcıdan pul istəmirik. Yeganə ödənişimiz satıcının elanı irəli çəkmək üçün paneldən etdiyi ödənişdir.