Bloq

İstifadə qaydaları

Platformadan istifadənin şərtləri və tərəflərin məsuliyyəti.

Son yenilənmə: 06.09.2026

1. Platformanın rolu

İbay.az elanların yerləşdirilməsi üçün marketpleysdir və alqı-satqının tərəfi deyil. Elanın məzmununa, məhsulun keyfiyyətinə və satıcının öz şərtlərini (çatdırılma, ödəniş, kredit, zəmanət, qaytarma) yerinə yetirməsinə görə məsuliyyəti elanı yerləşdirən satıcı daşıyır.

2. Hesab

Bir şəxs bir hesab açır. Nömrə təsdiqlənməlidir. Hesabının təhlükəsizliyi sənin öhdəndədir.

3. Qadağan olunan elanlar

Silah, narkotik, saxta sənəd, oğurluq mal, dövriyyəsi qanunla məhdudlaşdırılmış mallar, saxta brend məhsulları və insan alveri ilə bağlı hər hansı elan qadağandır və xəbərdarlıq olmadan silinir.

4. Ödənişli xidmətlər

Elanı irəli çəkmək (Premium və ya Önə çəkilmiş paket) ödənişlidir və yalnız elanın göstərilmə yerinə aiddir. Bu xidmət satışa, məhsulun keyfiyyətinə və ya satıcının etibarlılığına zəmanət vermir. Xidmət başladıqdan sonra pul geri qaytarılmır.

5. Mübahisələr

Alıcı ilə satıcı arasındakı mübahisələrdə İbay.az tərəf deyil və vasitəçilik etmir. Qanun pozuntusu şübhəsi olduqda hesabı bloklaya və məlumatı səlahiyyətli orqanlara təqdim edə bilərik.