Bloq

Haqqımızda

İbay.az — Azərbaycanın marketpleysi. Alıcı ilə satıcını birbaşa görüşdürürük.

Son yenilənmə: 06.09.2026

Biz nəyik

İbay.az marketpleysdir. Burada mağazalar öz məhsullarını elan edir, sən isə satıcı ilə birbaşa əlaqə saxlayırsan. Razılaşma sənlə satıcı arasında bağlanır.

«İbay» adlı mağaza da İbay.az-da satış edən satıcılardan biridir — onun şərtləri də başqa mağazalar kimi elanda öz adı ilə göstərilir.

Nəyə cavabdehik, nəyə yox

İbay.az alqı-satqının tərəfi deyil. Biz məhsulu satmırıq, çatdırmırıq, kredit və zəmanət vermirik, mübahisələrdə vasitəçilik etmirik. Çatdırılma, ödəniş, qaytarma və zəmanət şərtlərini hər mağaza özü müəyyən edir və elan səhifəsində öz adı ilə göstərir.

Bizim işimiz platformanın özüdür: elanların qaydalara uyğunluğu, şikayətlərə baxılması və şübhəli hesabların bloklanması.

Necə pul qazanırıq

Yeganə ödənişli xidmətimiz elanı irəli çəkməkdir — Premium və ya Önə çəkilmiş paket. Satışdan komissiya götürmürük, çünki satışı biz görmürük.