Bloq

Satıcını necə yoxlamalı

Ödəniş etməzdən əvvəl beş dəqiqəlik yoxlama.

Son yenilənmə: 06.09.2026

1. Nişana bax

«Doğrulanmış» nişanı mağazanın sənədlərinin yoxlandığını bildirir. Nişan yoxdursa, bu mağazanın pis olması demək deyil — sadəcə sənədləri hələ yoxlanmayıb. Daha diqqətli ol.

2. Mağazanın tarixçəsinə bax

Mağaza səhifəsində neçə aktiv elanı, nə vaxtdan platformada olduğu və rəylərin sayı göstərilir. Bir günlük hesab və bir elan — ehtiyatlı ol.

3. Nömrəyə zəng et

Yazışmadan əvvəl zəng et. Nömrə işləmirsə və ya cavab verən özünü elan sahibi kimi təqdim etmirsə, davam etmə.

4. Yerində bax

Bahalı məhsullarda (nəqliyyat, texnika) yerində baxış istə. Bunu rədd edən satıcı ilə davam etmə.

5. Şərtləri yazılı soruş

Çatdırılma, kredit, zəmanət və qaytarma — bunları satıcı özü müəyyən edir. Elandakı «Satıcının şərtləri» blokunu oxu və sifarişdən əvvəl WhatsApp-da yazılı təsdiqlət.

6. Əvvəlcədən ödəmə

Məhsulu görmədən tam məbləği köçürmək ən çox rast gəlinən itki səbəbidir. «Kargoya verdim, əvvəlcə pulu at» klassik fırıldaq sxemidir.

Unutma: İbay.az ödənişə qarışmır və itirilmiş pulu qaytara bilmir. Ən yaxşı müdafiən bu yoxlamalardır.