Elan qaydaları
Elanın moderasiyadan keçməsi üçün nə lazımdır.
Son yenilənmə: 06.09.2026
Şəkil
Şəkil məhsulun özünə aid olmalıdır. Kataloqdan götürülmüş, üzərində telefon nömrəsi və ya başqa saytın loqosu olan şəkillər qəbul edilmir. Ən azı bir real şəkil tələb olunur — şəkilsiz elan göndərilmir.
Başlıq və təsvir
Başlıqda yalnız məhsulun adı və əsas xüsusiyyəti olsun. Böyük hərflərlə yazmaq, «!!!», «ƏN UCUZ» kimi ifadələr və başlıqda telefon nömrəsi qadağandır.
Kredit, zəmanət və çatdırılma
Elanın təsvirini satıcı yazır və o, satıcının öz sözüdür. Kredit, taksit, zəmanət, çatdırılma və ya qaytarma təklif edirsənsə, bunu panelin «Satış şərtləri» bölməsində öz şərtin kimi göstər — alıcı onu elanda sənin mağazanın adı ilə görəcək. Bu şərtləri İbay.az-ın vədi kimi təqdim etmək olmaz (məs. «İbay.az zəmanət verir», «İbay.az-dan kredit»): belə elanlar düzəlişə qaytarılır.
Qiymət
Real qiymət yaz. «1 ₼» yazıb sonra danışmaq üçün qoyulan elanlar silinir.
Kateqoriya
Elan düzgün kateqoriyada olmalıdır. Yanlış kateqoriya axtarışı korlayır və elanın köçürülməsinə və ya silinməsinə səbəb olur.
Təkrar elanlar
Eyni məhsul üçün bir neçə elan yerləşdirmək olmaz. Elanı siyahıda yuxarı qaldırmaq üçün paneldəki pulsuz «Yuxarı qaldır» düyməsindən istifadə et.
Moderasiya və müddət
Moderator elanı adətən bir neçə saat ərzində yoxlayır. Rədd edilsə, səbəbi panelində göstərilir — düzəlişdən sonra yenidən göndərə bilərsən. Təsdiqlənmiş elan 30 gün aktiv qalır.