Bloq

Məxfilik siyasəti

Hansı məlumatı toplayırıq, niyə və nə qədər saxlayırıq.

Son yenilənmə: 06.09.2026

Topladığımız məlumat

Qeydiyyat zamanı ad, telefon nömrəsi və (istəsən) e-poçt. Mağaza yaradanda əlavə olaraq ünvan və iş saatları.

Statistika

Elana neçə dəfə baxıldığını, neçə dəfə nömrənin açıldığını və WhatsApp-a keçildiyini sayırıq. Bu sayğaclarda IP ünvanın saxlanılmır: eyni ziyarəti iki dəfə saymamaq üçün ondan geri açıla bilməyən anonim kod yaradılır və rəqəmlər günlük cəmlənir.

Telefon nömrəsi

Satıcının nömrəsi elanda açıq göstərilir — platforma belə işləyir. Alıcının nömrəsi satıcıya avtomatik ötürülmür.

Üçüncü tərəflər

Məlumatını satmırıq. WhatsApp-a keçəndə söhbət artıq WhatsApp-ın öz məxfilik şərtlərinə tabedir.

Silinmə

Hesabının silinməsini panelin «Təhlükəsizlik» bölməsindən istəyə bilərsən. Elanların dərhal gizlədilir, texniki jurnallar isə qanunun tələb etdiyi müddət ərzində saxlanılır.