Bələdçi5 iyul 20267 dəq

Noutbuk alarkən diqqət edilməli 7 şey

Prosessor adı hər şeyi demir. Ekran, klaviatura və soyutma sistemi çox vaxt daha vacibdir.

Nigar Həsənova
Redaktor · ibay Bələdçi
Noutbuk alarkən diqqət edilməli 7 şey

Birinci: yaddaş genişlənə bilirmi? Bir çox nazik modeldə RAM lehimlidir — sonradan artırmaq mümkün olmur. 16GB minimum hədəf olsun.

İkinci: ekranın parlaqlığı. 250 nit ofis üçün sərhəddir, açıq havada işləyəcəksinizsə 400 nit axtarın. Mat örtük əks olunmanı azaldır.

Üçüncü: klaviatura gedişi. 1.3-1.5 mm rahat yazı üçün yaxşıdır. Uzun mətn yazırsınızsa bu, prosessordan vacibdir.

Dördüncü: portlar. Yalnız USB-C olan modellərdə adapter almağa hazır olun. Beşinci: soyutma — nazik korpusda güclü prosessor çox vaxt tam gücünü verə bilmir.

Altıncı: batareya vatt-saatı (Wh). 50Wh və yuxarı gündəlik istifadə üçün rahatdır. Yeddinci: zəmanət şərtlərini satıcıdan yazılı soruşun — ibay platformadır, zəmanəti satıcı verir.

Tez-tez verilən suallar

İşlənmiş noutbuk almaq riskllidirmi?

Batareya sağlamlığını (cycle count) və zəmanət qalığını soruş. Mümkünsə görüşüb yerində yoxla.

Prosessor nəsli nə qədər vacibdir?

Gündəlik iş üçün son 3 nəsil arasında fərq az hiss olunur. Ekran, klaviatura və SSD sürəti daha çox təsir edir.

Qeyd: ibay elan platformasıdır — alqı-satqı birbaşa satıcı ilə aparılır. Zəmanət, çatdırılma və qaytarma şərtlərini satıcı müəyyən edir. Necə işləyir

Bütün yazılar

Bunları da oxu